Rusiya Prezidenti Vladimir Putin Kremldə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla ilə danışıqlar aparıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Məlumatda qeyd olunub ki, Kubanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvadadır. Çərşənbə günü (18 fevral) Parrilla Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Vahid Rusiya partiyasının sədri və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb.
QAZİLER.AZ



