Əfqanıstanın Fəzilət Nazirliyinin əməkdaşları tonqalda 500 musiqi alətini yandırıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “Pajhwok” xəbər agentliyi məlumat yayıb.
Nazirlik rəhbəri Məqbul Əhməd Vaqas bildirib ki, rəqs etmək və müxtəlif mərasimləri qeyd etmək üçün istifadə edilən bu əşyalar son bir il ərzində toplanıb. Onun sözlərinə görə, bu tədbir əxlaqsızlıqla mübarizə aparmaq üçün davam edən səylərin bir hissəsidir. Vaqas sakinləri şəriət qanunlarına zidd hesab edilən əşyalardan istifadə etməkdən çəkinməyə çağırıb.
QAZİLER.AZ



