Ukraynaya gedən və neft daşıyan qatarı saxlamağa cəhd edən Moldova vətəndaşı Polşada saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə Polşa agentliyi məlumat yayıb.
Mənbələrə görə, 25 yaşlı Moldova vətəndaşı yük qatarına minib və üç vaqonda əl əyləcini çəkib.
Gəncin bu hərəkəti qatarın relsdən çıxmasına səbəb ola biləcəkmiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları Pulavi qatar stansiyasında Moldova vətəndaşını saxlayıb. Onun Polşaya Ukraynadan gəldiyi güman edilir.
Moldova Milli Prokurorluğunun məlumatına görə, 25 yaşlı şəxs qatarı partlatmağa cəhd etməkdə ittiham olunur.
QAZİLER.AZ



