Vatikan Trampın dəvətini qəbul etmədi və BMT-nin rolunu vurğuladı

Vatikan Trampın dəvətini qəbul etmədi və BMT-nin rolunu vurğuladı backend

Vatikan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasında iştirak etməkdən imtina edib və BMT-nin beynəlxalq böhranların həllində rolunu vurğulayıb.

Qaziler.az bildirir ki, "Newsweek"in məlumatına görə, Müqəddəs Taxt-tacın dövlət katibi kardinal Pietro Parolin müvafiq açıqlama ilə çıxış edib.

Bu qərar  ABŞ-da anadan olmuş Papa XIV Leoya yanvar ayında dəvətnamə göndərilməsinə baxmayaraq qəbul edilib.

Papa XIV Leo artıq Trampın bəzi siyasətlərini tənqid edib. Məsələn, ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək əməliyyatından sonra Papa baş verən hadisələrlə bağlı narahatlığını bildirib və Venesuelanı müstəqil ölkə olaraq qalmağa çağırıb.

QAZİLER.AZ