Fevralın 17-də ABŞ-ın keçmiş dövlət katibi və keçmiş birinci xanım Hillari Klinton müsahibəsi zamanı Ukraynadakı müharibəni 2003-cü ildə İraqa edilən işğalla qarışdırıb.
Klinton BBC-yə müsahibə verib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, o, Ukraynadakı münaqişənin həlli ilə bağlı fikirlərini, ABŞ prezidenti Donald Trampın siyasətini və maliyyəçi Ceffri Epşteynin sənədlərinin qalmaqallı şəkildə dərc olunmasından danışıb.
"Düşünürəm ki, hazırda hamımızın üzləşdiyi ən böyük təhdidlərdən biri İraqdakı müharibəyə təhlükəli və ədalətsiz bir son qoymaq cəhdidir", - deyə siyasətçi fikrini səhv ifadə edib.
Müsahibəni aparan jurnalist Sandra Maişberger Klintonun səhvini sonda düzəldib.
QAZİLER.AZ



