Türkiyə “Twitter”i cərimələdi

Türkiyə “Twitter”i cərimələdi backend

Türkiyə hökuməti “Twitter” sosial şəbəkəsinə cərimə kəsib.

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) qərar qəbul edib. Qərara əsasən “Twitter” 150 min lirə məbləğində cərimələnib.

Cəzaya səbəb sosial şəbəkənin terror təşkilatının təbliğatına yönəlmiş mesajları silməkdən imtina etməsidir. Söhbətin hansı terror təşkilatından getdiyi açıqlanmayıb.
Diaspora