H5N1 quş qripi ilk dəfə Avstraliyanın cənubunda Hind okeanındakı ən ucqar adalarından biri olan Herd adasındakı Adeli pinqvinlərində aşkar edilib.
Qaziler.az bildirir ki, bu barədə “The Guardian” federal hökumətə istinadla məlumat yayıb.
Daha sonra virus xəz suitilərində və Papua pinqvinlərində də aşkar edilib. Avstraliya Antarktika proqramı tərəfindən aparılan ekspedisiya zamanı toplanan nümunələrin laboratoriya müayinələri infeksiyanı təsdiqləyib. Bu, son illərdə dünyanın müxtəlif bölgələrinə yayılaraq vəhşi quşlar və dəniz məməliləri arasında kütləvi ölümə səbəb olan yüksək patogenli H5N1 ştammıdır.
Bu, virusun adada aşkarlanması ilk dəfə deyil. 2025-ci ilin noyabr ayında eyni ştamm Cənub dəniz fili suitilərində aşkar edilib. Beləliklə, bir neçə ay ərzində infeksiya ərazidə yaşayan müxtəlif heyvan növlərində təsdiqlənib.
QAZİLER.AZ



