Cenevrə danışıqlar masasından ilk görüntülər yayımlandı - FOTO

Cenevrə danışıqlar masasından ilk görüntülər yayımlandı - FOTO backend

Ukraynadakı münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqların başladığı otaqdan ilk görüntülər sosial mediada paylaşılıb.

Qaziler.az xəbər verir ki, RT danışıqlar masasından foto dərc edib.

Şəkildə danışıqlarda iştirak edən üç ölkənin bayraqları otağın mərkəzində görünür: Rusiya, ABŞ və Ukrayna. Dördüncü bayraq isə ev sahibliyi edən ölkənin - İsveçrənin bayrağıdır. Amerika nümayəndə heyəti masanın başında oturub, sağ tərəfdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi Ukrayna danışıqlar qrupu, solda isə Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti əyləşib.

Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların üçüncü raundu fevralın 17-də Cenevrədə başlayıb. Daha əvvəl Rusiya, ABŞ və Ukrayna iki dəfə BƏƏ-də görüşüblər. İsveçrə Xarici İşlər Nazirliyi danışıqların qapalı keçiriləcəyini açıqlamışdı.

QAZİLER.AZ