Latviya Ukraynaya 10 milyon avro ayıracaq

Latviya Ukraynaya 10 milyon avro ayıracaq backend

Latviya hakimiyyəti Ukraynaya Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) proqramı çərçivəsində 10 milyon avro ayırmaq qərarına gəlib.

Qaziler.az-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Evika Silinya bildirib.

Onun sözlərinə görə, vəsait Ukrayna üçün silah və avadanlıq almaq üçün istifadə olunacaq. Nazir əlavə edib ki, satınalmalar Latviyanın strateji tərəfdaşı olan ABŞ-dən həyata keçiriləcək.

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker daha əvvəl bildirib ki, ABŞ PURL mexanizmi çərçivəsində Ukraynaya özünümüdafiə üçün kifayət qədər silah təmin etməyə davam edir. Daimi nümayəndə bildirib ki, Rusiya və Ukrayna "masada qalmalı" və münaqişələrin həlli ilə bağlı razılığa gəlməlidirlər.

QAZİLER.AZ