İran zəruri hallarda Hörmüz boğazını mümkün qədər tez bağlamağa hazırdır.
Qaziler.az xəbər verir ki, bunu İRİB İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsirinin açıqlamasına istinadla bildirib.
"Əgər Hörmüz boğazını bağlamaq üçün bir bəhanə ortaya çıxarsa, silahlı qüvvələrimiz bu əməliyyatı mümkün qədər tez həyata keçirəcək", - deyə o bildirib.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ Tehranı nüvə proqramı ilə bağlı müqavilə imzalamağa məcbur etmək üçün İran nefti daşıyan tankerləri ələ keçirməyi düşünür.
QAZİLER.AZ



