Xamenei ABŞ-nin təhdidlərinə cavab verib

Xamenei ABŞ-nin təhdidlərinə cavab verib backend

İran Ali lideri Əli Xamenei ABŞ prezidenti Donald Trampın İslam Respublikasını məhv edə bilməyəcəyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, IRIB televiziyasında çıxış zamanı deyib.

"Tramp ABŞ-nin 47 ildir İslam Respublikasını məhv edə bilməyəcəyini bildirib. Bu, yaxşı bir etirafdır. Və mən deyirəm ki, sən də edə bilməyəcəksən", - deyə İranın Ali lideri bildirib.

Xamenei həmçinin qeyd edib ki, hətta ən güclü hesab etdikləri orduları belə özlərini bərpa edə bilməyəcək şəkildə zərbə ala bilər.

QAZİLER.AZ