NATO Norveçin Bodo şəhərində yeni birgə Arktika hava əməliyyatları mərkəzi yerləşdirəcək.
Qaziler.az xəbər verir ki, bu barədə NRK Norveç Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Bəyanatda deyilir: "Tələb olunan sahənin hərtərəfli qiymətləndirilməsindən sonra sonda Bodo şəhəri seçildi".
Bodo meri Odd Emil İnqebriqtsen bildirib ki, belə bir vacib hərbi obyektə ev sahibliyi etmək böyük məsuliyyətdir, lakin şəhər buna hazırdır.
"Bodo uzun müddətdir obyekt üçün yaxşı yer olub və olacaq", - agentlik İnqebriqtsendən sitat gətirib.
QAZİLER.AZ



