İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında qadın fristaylçıların "big-air" növü üzrə yarışları güclü qar səbəbindən təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yarışların keçirildiyi məkan Livinio şəhərində yerləşir.
Təşkilatçılar hava şəraiti ilə bağlı əlavə proqnozları gözləyirlər. Yarışların hansı tarixdə keçiriləcəyi müəyyənləşməyib.



