Zaxarova Çin xalqını Çin dilində təbrik etdi - VİDEO

Zaxarova Çin xalqını Çin dilində təbrik etdi - VİDEO backend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Çin Xalq Respublikasının vətəndaşlarına Çin dilində müraciət edərək, onların Yeni il bayramını təbrik edib.

Qaziler.az-ın məlumatına görə, diplomat sözügedən müraciəti “Telegram” kanalında yayımlayıb.

"Artıq At ili gəlir və mən hamını yaz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu il Moskva və Pekin ilk dəfə olaraq baharı birlikdə qarşılayacaqlar! Moskva üçüncü dəfə Çin Yeni ilinin genişmiqyaslı qeyd olunmasına ev sahibliyi edəcək. Eyni zamanda, Pekin həmçinin Rusiya bayramı olan maslenitsa bayramını da qeyd edəcək”, - Zaxarova qeyd edib.

QAZİLER.AZ