Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar üçün Cenevrə seçimi, çox güman ki, Vaşinqton tərəfindən diktə edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazır.
Nəşr qeyd edir ki, danışıqlar üçün Cenevrə seçimi müharibə edən tərəflərin Avropa torpağında ilk görüşməsidir. Media orqanı ehtimal edir ki, Vaşinqton həm Ukrayna, həm də İran üzrə danışıqların eyni məkanda keçirilməsinə israr edib.
"Görünür, Cenevrə seçimi Vaşinqton tərəfindən diktə edilib. Rusiya və Ukrayna ilə danışıqlarda ABŞ-ni təmsil edəcək Trampın elçiləri Stiv Uitkov və Cared Kuşner daha sonra eyni şəhərdə İran rəsmiləri ilə ayrıca görüşlər keçirməyi planlaşdırırlar", - deyə nəşr qeyd edib.
Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, görüşdə hazırda ən problemli məsələ olan ərazi məsələsi müzakirə olunacaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib.
QAZİLER.AZ



