ABŞ İranla danışıqların yalnız nüvə məsələlərini əhatə edəcəyinə razılaşıb.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” İran mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ-nin Maskat danışıqlarına daxil olması onun İran tərəfindən müəyyən edilmiş çərçivəni qəbul etməsi deməkdir.
O əlavə edib ki, Vaşinqton nümayəndələr vasitəsilə Tehrana danışıqların yalnız nüvə məsələlərini əhatə edəcəyi mesajını çatdırıb.
Mənbə əlavə edib ki, İran tərəfi danışıqlardakı "qırmızı xətlərini" açıqlayıb. Dialoq yalnız nüvə məsələlərini əhatə edəcək, Tehran uranın zənginləşdirilməsindən imtina etməyəcək, İranla bağlı regional məsələləri və ya İran raketləri ilə bağlı məsələləri müzakirə etməkdən isə imtina edir.
QAZİLER.AZ



