Cenevrədə İran-ABŞ danışıqlarının əsas mövzuları açıqlanıb

Cenevrədə İran-ABŞ danışıqlarının əsas mövzuları açıqlanıb backend

İran və ABŞ Cenevrədə keçiriləcək danışıqlar zamanı İranın nüvə faylı və sanksiyaların ləğvini müzakirə edə bilərlər.

Qaziler.az bildirir ki, bu barədə RİA “Novosti” ölkədəki mənbəyə istinadən xəbər verir.

"Gözlənilir ki, yeni danışıqlar mərhələsi müəyyən nüvə məsələlərinin daha ətraflı araşdırılmasına və Tehrana qarşı sanksiyaların ləğvinə imkan verəcək. Bu cür müzakirələrin keçirilməsi gözlənilir", - agentliyin mənbəsi bildirib.

Fevralın 6-da İran və ABŞ arasında Omanın paytaxtında İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar aparılıb. Bu görüş 2025-ci ilin iyun ayında İran-İsrail münaqişəsindən sonra ilk görüş olub.

QAZİLER.AZ