Almaniya Kiyev üçün raketlərinin olmadığını açıqladı

Almaniya Kiyev üçün raketlərinin olmadığını açıqladı backend

Ukraynaya zenit raketlərinin tədarükündəki fasilələr Almaniyada onların tükənməsi ilə əlaqədardır.

Qaziler.az bildirir ki, bu sözləri Almaniya xarici işlər naziri Yohan Vadeful “Deutschlandfunk” radiostansiyasının efirində bildirib.

"Artıq onlar bizdə yoxdur. Məsələn, Patriot üçün əlimizdə olan raketlər ABŞ-dakı istehsal müəssisələrindən gəlir", - deyə Vadeful qeyd edib.

Onun sözlərinə görə, ABŞ-də istehsal olunan raketlər dərhal Ukraynaya göndərilir və avropalılar Amerika silahlarının pulunu ödəyirlər. Nazir hesab edir ki, maliyyə xərclərinin əksəriyyəti Almaniya tərəfindən ödənilir və digər Aİ ölkələri də öz töhfələrini artıra bilərlər.

QAZİLER.AZ