Ukrayna Çexiyanın üçüncü ölkələrdən mərmi almaq təşəbbüsünün bir hissəsi olaraq təxminən 4,4 milyon iri çaplı sursat alıb.
Qaziler.az xəbər verir ki, bu barədə STK xəbər agentliyi məlumat yayıb.
Çatdırılma illər ərzində paylanıb: 2024-cü ildə 1,5 milyon ədəd, 2025-ci ildə isə daha 1,8 milyon ədəd təhvil verilib.
Layihə təxminən 20 ölkəni bir araya gətirib və onlar silah alışı üçün ümumilikdə təxminən 4,6 milyard dollar vəsait toplayıblar. Çexiya özü layihəyə140 milyon dollardan çox olmayan məbləğ ianə verib və əsasən Danimarka və Hollandiyanın dəstəyi ilə prosesin koordinatoru kimi çıxış edib. Vəsaitin əsas hissəsi donor ölkələrdən gəlib və bu da Ukrayna Silahlı Qüvvələrinə xeyli miqdarda nadir iri çaplı mərmi əldə etməyə imkan verib.
QAZİLER.AZ



