Türkiyədə tutulan İŞİD-çilərin sayı açıqlandı: azərbaycanlılar da var

Türkiyədə tutulan İŞİD-çilərin sayı açıqlandı: azərbaycanlılar da var backend

Türkiyədə il ərzində saxlanılan İŞİD terrorçularının sayı açıqlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ölkə ərazisində müxtəlif yerlərdə terror aktları həyata keçirməyə cəhd edən 913 İŞİD üzvü ələ keçib. Onların arasında Azərbaycan vətəndaşları da var.

Yaxalanan terrorçuların yarısının Çin və Rusiya vətəndaşları olduğu bildirilir. Bu sırada Türkmənistan və Əfqanıstan, həmçinin 54 digər ölkənin vətəndaşının adı çəkilir. Ötən altı ayda yaxalanan terrorçuların sayı, ilin birinci yarısına nisbətdə daha çoxdur. Bu, son vaxtlar anti-terror əməliyyatlarının genişləndirilməsi nəticəsində mümkün olub.

Hüquq-mühafizə orqanlarından bildirilir ki, ələ keçən İŞİD-çilərin əksəriyyəti Suriyaya keçmək istəyərkən, bir qismi isə terrorçular tərəfindən izləndikləri üçün Türkiyəyə sığınıb və burada saxlanılıblar. Onların çoxunun terrorçu-kamikadzelər olduğu bildirilir.

Diaspora