İsveçrədə qatar relsdən çıxıb, xəsarət alanlar var

İsveçrədə qatar relsdən çıxıb, xəsarət alanlar var backend

İsveçrənin Vale kantonundakı Qoppenşteyn kəndi yaxınlığında qatarın relsdən çıxması nəticəsində ən azı beş nəfər yaralanıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatına görə,

 "Qəza nəticəsində beş nəfər yaralanıb. Hadisə zamanı qatarda 29 sərnişin olub", - məlumatda deyilir.

Polis bir nəfərin xəstəxanaya yerləşdirildiyini, dörd nəfərə isə hadisə yerində tibbi yardım göstərildiyini bildirib.

Hakimiyyət orqanları hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırma başlatıb. Polis bildirib ki, qəzaya  relslər yaxınlığında baş verən uçqun səbəb ola bilər. Xəttdə qatar xidməti dayandırılıb.

QAZİLER.AZ