Yaponiya Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə nə öyrəndiklərini açıqlayıb

Yaponiya Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə nə öyrəndiklərini açıqlayıb backend

Yaponiya Şimali Koreya qoşunlarının müasir müharibədə dəyərli təcrübə ilə evə qayıtmasına hazırlaşmalıdır.

Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin çıxışına istinadən məlumat yayıb.

"Rusiyaya 10 mindən çox Şimali Koreya əsgəri göndərilib və Rusiya hazırda da Ukraynaya Şimali Koreya qoşunları göndərir. Onlar yeni müharibə texnikaları, dronlar, süni intellekt, kiberməkan və adi silahlar öyrənirlər", - Yaponiyanın müdafiə naziri deyib.

Onun sözlərinə görə, Yaponiya və müttəfiqləri Şimali Koreyaya qayıtdıqda bu imkanların hansı məqsədlə və kimə qarşı istifadə olunacağını düşünməlidirlər.

"Buna görə də deyirəm ki, Ukrayna o qədər də uzaq bir problem deyil", - Koidzumi əlavə edib.

QAZİLER.AZ