Rusiya türk tələbələri qovmağa başladı

Rusiya türk tələbələri qovmağa başladı backend

Türkiyəli tələbələr Rusiyanın Milli Nüvə Tədqiqatları Universitetindən xaric ediliblər. APA TV-nin RBK-ya istinadən xəbərinə görə, bu barədə məlumat Rusiyada təhsil alan türkiyəli tələbələrin assosiasiyası tərəfindən təsdiqlənib.

Qurumun rəhbərliyindən əlavə olunub ki, təhsil müəssisəsindən qovulan tələbələrin yaşadıqları yerlərdə axtarışlar aparılıb.

"Bizim əşyalarımızı yoxlayıblar, bizim terrorçuluğu dəstəklədiyimiz iddia olunur", - deyə tələbə təşkilatının rəhbəri Okan Yıldız bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən isə bu iddia təkzib edilib.

Bu arada Voronej və Saratov şəhərlərindəki universitetlərdə təhsil alan türk tələbələrin də yaşayış yerlərində axtarış aparıldığı qeyd edilir. Onların hətta həmin şəhərlərdən çıxarıldığı barədə də xəbərlər yayılıb.

Voronej Yüksək Texnologiyalar Universitetindən bildirilib ki, xaricetmə yalnız doqquz tələbəyə şamil edilib, bu da maliyyə işləri ilə bağlıdır.

Diaspora