ABŞ-nin baş prokuroru adı Epşteyn işində qeyd olunan şəxslərin siyahısını açıqlayıb

ABŞ-nin baş prokuroru adı Epşteyn işində qeyd olunan şəxslərin siyahısını açıqlayıb backend

ABŞ-nin baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Jeffrey Epşteyn iddiasında adları çəkilən 300-dən çox insanın siyahısını açıqladı.

 

"Report" xəbər verir ki, müvafiq sənəd "DocumentCloud" platformasında yerləşdirilib.

 

Qeyd olunur ki, siyahıya adları sənədlərdə azı bir dəfə qeydolunan və ya əvvəllər dövlət məmuru, ya da siyasi cəhətdən əhəmiyyətli şəxslər daxil edilib. Siyahıda adları qeyd olunanlar arasında ABŞ-nin 42-ci Prezidenti Bill Klinton, 46-cı Prezident Co Bayden, "Microsoft" şirkətinin təsisçilərindən biri Bill Qeyts və müğənni Beyons da var.