ABŞ NATO-dan çıxmağı planlaşdırmır - Rubio

ABŞ NATO-dan çıxmağı planlaşdırmır - Rubio backend

ABŞ NATO-dan çıxmağı planlaşdırmır və minlərlə amerikalı hərbçi alyans çərçivəsində müxtəlif missiyalarda iştirak edir.

 

Trend xəbər verir ki, ABŞ dövlət katibi və Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio bu fikirləri Bratislavada Robert Fico ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.

 

O vurğulayıb ki, Vaşinqton alyansdan geri çəkilmir: “Biz NATO-nu tərk etmirik. Müxtəlif ölkələrə bir neçə min hərbçi göndərilə bilər və bu, əvvəllər də baş verib”. Rubio bu sözləri Avropada yerləşdirilmiş ABŞ Silahlı Qüvvələrinin sayının azaldılması ilə bağlı yayılan məlumatlar fonunda Birləşmiş Ştatların NATO-dakı mövqeyi barədə suala cavab verərkən deyib.

 

Dövlət katibi əlavə edib ki, ABŞ Avropa ölkələrinin alyans daxilində rolunun güclənməsini müsbət hal kimi qiymətləndirir və Avropanı asılı tərəf kimi deyil, bərabərhüquqlu tərəfdaş qismində görmək niyyətindədir. “Biz Avropanın ABŞ-nin vassalı olmasını istəmirik. Məqsədimiz tərəfdaşlıq etmək və Avropa ilə birgə fəaliyyət göstərməkdir”, – deyə Rubio bildirib.