Rusiya Prezidenti Administrasiyasında çalışanların əmək haqqı 10 faiz ixtisar ediləcək. Bunu prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Ölkənin maliyyə nazirinin müavini Tatyana Nesterenko deyib ki, Rusiya hökuməti Dövlət Dumasından 2,7 triliyon rubl (44 milyard ABŞ dolları) əlavə vəsait istəyir. Proqnozlara görə, bu il büdcə kəsiri 3,7 faiz olacaq, bu, əvvəlcə nəzərdə tutulduğundan 0,6 faiz çoxdur. Nazirlik büdcə xərclərini 17,5 milyard dollar ixtisar etmək fikrindədir.Əvvəllər ehtiyat fondundan 500 milyard rubl istənilsə də Maliyyə Nazirliyi bir qədər sonra əlavə 3,1 trilyon rubl lazım olacağını açıqlayıb.
Maliyə naziri Anton Siluanov Rusiya televiziyasına müsahibəsində hökumətə əlavə vəsait lazım olacağını bildirib.
Xatırladaq ki, dünya bazarında neftin düşməsi və Ukraynaya görə Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.