Onkoloji xəstəliklə mübarizə aparan RT xəbər portalının baş redaktoru Marqarita Simonyan ictimai tədbirdə ilk dəfə pariksiz çıxış edib.
Qaziler.az "Bakupost.az"a istinadla xəbər verir ki, o, faşist Almaniyasından Krasnodarın azad edilməsinin 83-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə pariksiz iştirak edib.
Tədbirdə Simonyana “Krasnodarın fəxri vətəndaşı” adı verilib.
Qeyd edək ki, yanvar ayında Simonyan kimyaterapiya kursundan sonra fotosunu ilk dəfə sosial şəbəkələrdə paylaşıb. Paylaşım geniş rezonans doğurub və çoxsaylı dəstək mesajları ilə qarşılanıb.
Simonyan 2025-ci ilin sentyabrında iştirak etdiyi proqramda özündə ağır xəstəlik aşkarlandığını və əməliyyata ehtiyac olduğunu, dekabrda isə kimyaterapiyanın üçüncü kursunu keçdiyini deyib. Onun sözlərinə görə, prosedurlardan sonra səhhəti müvəqqəti olaraq pisləşib. İmmunitetin zəifləməsi səbəbindən bir sıra tədbirlərdə iştirakdan imtina edir.



