Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkənin növbəti baş naziri vəzifəsinə potensial namizəd hesab olunur.
Oxu.Az-ın "RIA Novosti"yə istinadən verdiyi məlumata görə, bu fikri Leyborist Partiyasının keçmiş baş müşaviri Pol Sinkler bildirib.
"C.Hili, fikrimcə, baş nazir olmaqdan çəkinməz. Düşünürəm ki, o, özünü bu rol üçün "kompromis" fiqur kimi təqdim edir. Onun hökumətə rəhbərlik etməkdə həqiqətən uğur qazanması mümkündür", - siyasi ekspert qeyd edib.
P.Sinkler bildirib ki, Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelsonun amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı səs-küy yeni baş nazirin seçilməsi prosesinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.



