Niderlandın xarici işlər naziri David van Vil transatlantik əlaqələrin qorunmasının vacibliyindən danışaraq, Avropanın ABŞ olmadan təhlükəsizliyini təmin edə bilməyəcəyini vurğulayıb.
Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.
"Dünyada Amerikanın gücü qədər güc yoxdur. Biz bunu indi dünyada həll edilməli olan münaqişələrdə görürük. ABŞ-nin iştirakı və təzyiqi olmadan heç nə işə yaramayacaq", - van Vil Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
O, Avropa təhlükəsizliyinin əsasən Amerikanın dəstəyindən asılı olduğunu və bu dəstək olmadan hazırkı səviyyədə olmayacağını vurğulayıb.
"Transatlantik münasibətlərimizdə qarşılaşdığımız bütün çətinliklərə və təcrübələrə baxmayaraq mən onların mövcudluğunu inkar etməyəcəyəm. Prioritetimiz bu əlaqələri qorumaq və ABŞ-nin Avropa işlərində iştirakını davam etdirmək olmalıdır", - nazir vurğulayıb.
QAZİLER.AZ



