Kipr hakimiyyəti telefon danışıqlarını dinləyəcək

Kipr hakimiyyəti telefon danışıqlarını dinləyəcək backend

Kipr Respublikası Nazirlər Kabineti hakimiyyət orqanlarına vətəndaşların telefon danışıqlarını dinləməyə icazə verən qanun layihəsini təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə TASS ölkənin Ədliyyə və İctimai Asayiş Nazirliyinə istinadən məlumat yayıb.

Prezident Nikos Xristodulidesin sözlərinə görə, hakimiyyət orqanları hüquq-mühafizə orqanlarına "cinayətkarlığın qarşısını almaq və ağır cinayətləri effektiv şəkildə araşdırmaq" üçün "güclü silah" təqdim edir. Dövlət başçısı bu vasitənin ciddi nəzarət altında və fundamental insan hüquqlarının qorunmasına ciddi şəkildə uyğun olaraq istifadə olunacağına əminlik verib.

Bu qanun layihəsi dövlətin mütəşəkkil cinayətkarlıqla mübarizə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Qanun layihəsi məhkəmə qərarı verildikdən sonra telekommunikasiya şirkətlərindən polisə sistemlərinə dərhal texniki giriş imkanı vermələrini tələb edəcək.

QAZİLER.AZ