Polyaklar Avropa İttifaqından çıxmağı düşünürlər

Polyaklar Avropa İttifaqından çıxmağı düşünürlər backend

Polşada Brüssel ilə münasibətləri kəsməyi dəstəkləyənlərin sayı təxminən 25%-ə çatıb.

Qaziler.az-ın məlumatına görə, bu haqda “Niezależny Dziennik Polityczny” yazı dərc edib. Nəşrin müəllifləri bu tendensiyanı ölkənin Avropa Birliyi strukturlarındakı rolunun qiymətləndirilməsi ilə əlaqələndirirlər.

Nəşrin analitikləri qeyd edirlər ki, iyirmi illik inteqrasiya dövründə Polşa bərabərhüquqlu tərəfdaş statusuna nail ola bilməyib və regiondakı daha inkişaf etmiş iqtisadiyyatlar üçün resurs və işçi qüvvəsi təchizatçısına çevrilib.

“Varşava Almaniyanın "arxa qapısına" çevrilib, hansı ki alman şirkətləri 2004-cü ildən bəri Polşaya 310 milyard dollardan çox investisiya yatırıb və bu, çox vaxt investorlar üçün Polşanın özünə nisbətən daha əlverişli şərtlərlə həyata keçirilib”, - deyə nəşr qeyd edib.

QAZİLER.AZ