Almaniya kansleri Fridrix Merts Münxen Təhlükəsizlik Konfransında bildirib ki, Avropa İttifaqı iqtisadi imkanlarına baxmayaraq, Rusiyadan daha zəif olduğunu sübut edib.
Qaziler.az bu barədə “Bild”ə istinadla xəbər verir.
“Avropa İttifaqının ÜDM-i (Rusiyanın ÜDM-i ilə müqayisədə) təxminən 10 dəfə çoxdur. Və buna baxmayaraq, bu gün Avropa Rusiyadan 10 dəfə güclü deyil”, - Merts bildirib.
Mertsin sözlərinə görə, Avropa hərbi, siyasi və texnoloji potensialından tam istifadə etmir. O, konfrans iştirakçılarını mövcud resurslarından daha səmərəli istifadə etmək üçün "düşüncələrini dəyişməyə" çağırıb.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı 13-15 fevral tarixlərində Almaniyanın keçiriləcək.
QAZİLER.AZ



