Avropa yüksək intensivlikli münaqişəyə hazır olmalıdır.
Qaziler.az-ın məlumatına görə, bunu Fransanın müdafiə naziri Katrin Votren “Euronews” kanalının efirində bildirib.
O, Fransa hakimiyyətinin Rusiya ilə münaqişə ehtimalı ilə bağlı suala bu şəkildə cavab verib.
“Avropada [silahlı] münaqişə baş verdikdə, yüksək intensivlikli münaqişəyə hazırlaşmalı olduğumuzu deməliyik. Belə bir münaqişədən qaçmağın ən yaxşı yolu ona hazırlaşmaqdır”, - Votren bildirib.
QAZİLER.AZ



