ABŞ: “İŞİD-dən ən çox neft alan Bəşər Əsəddir“

ABŞ: “İŞİD-dən ən çox neft alan Bəşər Əsəddir“ backend

"İŞİD-in neft gəlirləri ayda 40 milyon dollardır". APA TV-nin Reuters-ə istinadən məlumatına görə, bu hesablama ABŞ da aparılıb. Məlumata görə, terror qruplaşmasından nefti ən çox Bəşər Əsəd hakimiyyəti alır. ABŞ-ın maliyyə nazirinin müavini Adam Şubin bəyan edib ki, İŞİD qanunsuz neft satışından ildə 500 milyon dollar qazanır.

Bundan əlavə neftin bir hissəsi terror qruplaşmasının nəzarət etdiyi ərazilərdə qalır. Bu hissədən Suriya kürdləri də yararlanır. Yalnız cüzi bir hissə Türkiyəyə keçirilir.

"İŞİD və Əsəd rejimi aralarındakı qarşıdurmaya baxmayaraq neft ticarəti ilə məşğuldurlar. Bu ticarət isə milyonlarla dollar deməkdir", deyə ABŞ rəsmisi əlavə edib.

Şubinin sözlərinə görə, İŞİD-in maliyyələşdirilməsinin qarşısının alınması üçün onların qurduğu infrastrukturu məhv etmək və Türkiyə ilə sərhədi bağlamaq lazımdır.

"Biz istəyirik ki, Türkiyə bu prosesdə daha aktiv olsun. Bu yalnız maliyyə ilə bağlı deyil, bu addım həm də bölgədə terrorçuların sərbəst hərəkət etdiyi yolları bağlamaq və onların silahlanmasının qarşısının alınması baxımından da effektiv olacaq".

Nazir müavini neft alverindən əldə edilən gəlirlərdən başqa İŞİD-in ələ keçirdiyi Suriya və İraq ərazilərindəki bankları qarət etməsi nəticəsində 1 milyard dollar mənimsədiyini açıqlayıb.

Diaspora