Cənubi Karolina Dövlət Universitetinin kampusunda baş verən atışma iki nəfərin ölümünə, daha bir nəfərin isə yaralanmasına səbəb olub.
Qaziler.az bildirir ki, "Reuters" bu barədə 13 fevralda məlumat verib.
"Cənubi Karolina Dövlət Universitetinin yataqxanasında cümə axşamı baş verən atışmada iki nəfər ölüb, daha bir nəfər yaralanıb", - məlumatda deyilir.
Universitet rəsmiləri hələlik ölənlərin şəxsiyyətini və ya yaralanan şəxsin vəziyyətini təsdiqləməyiblər. Agentliyin məlumatına görə, atışma yerli vaxtla saat 21:15 radələrində baş verib.
QAZİLER.AZ



