Luvrun iki əməkdaşı saxlanılıb - "Le Parisien"

Luvrun iki əməkdaşı saxlanılıb - "Le Parisien" backend

Fransa polisi Luvr muzeyində böyük bir fırıldaqçılıq sxemini aşkar edib.

Qaziler.az bildirir ki, “Le Parisien” qəzetinin məlumatına görə, həbs olunan doqquz nəfər arasında iki muzey işçisi və bir neçə tur bələdçisi də var.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, həmin şəxslər saxta biletlər satıb və qanunsuz turlar təşkil edərək əsasən çinli turistləri hədəf alıblar.

Saxtakarlıq 2024-cü ilin yayından bəri "işləyir".

Layihəyə tur bələdçiləri, tur operatorları və bilet kassası işçiləri cəlb olunmuşdu.

Dələduzlar icazə verilən 20 nəfərlik limitdən artıq qrup səfərləri təşkil etmiş, turistlərdən həddindən artıq pul almış və qalan pulu mənimsəmişlər.

Şübhəlilərdən üç avtomobil və 130.000 avro  nağd pul müsadirə edilib, təxminən 200.000 avro məbləğində bank hesabları isə dondurulub.

İstintaq davam edir. Həbs olunanlar külli miqdarda dələduzluqda ittiham olunurlar.

QAZİLER.AZ