Niger generalı ölkənin Fransa ilə müharibəyə girdiyini deyir

Niger generalı ölkənin Fransa ilə müharibəyə girdiyini deyir backend

Niger Fransa ilə müharibəyə girir.

Qaziler.az bildirir ki, bu barədə 12 fevralda Niger prezidenti, Hərbi Qərargah rəisi Amadu İbro məlumat verib.

"Bilməlisiniz ki, biz Fransa ilə müharibəyə başlayacağıq. Əvvəllər müharibə vəziyyətində deyildik, amma indi Fransa ilə müharibəyə başlayacağıq", - "Jeune Afrique" onun sözlərini sitat gətirib: .

İbro Parisi Nigerə qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olmaqda günahlandırdı. Onun sözlərinə görə, ölkə Fransa ilə silahlı münaqişəyə hazırlıq məqsədilə səfərbərlik elan edib.

Nəşr Fransanın bu ittihamları qəti şəkildə rədd etdiyini bildirir. Fransa Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Qiyom Verne Fransanın Nigerə müdaxiləsindən "söhbət gedə bilməz" deyə bildirib.

QAZİLER.AZ