Orban Avropa üçün qələbənin sadə reseptini açıqladı

Orban Avropa üçün qələbənin sadə reseptini  açıqladı backend

Macarıstanın Baş naziri Viktor Orban "Avropa üçün ən sadə qələbə resepti" ilə bağlı suala cavabında Ukraynaya pul göndərməyin dayandırılmasının vacibliyini bildirib.

Qaziler.az bildirir ki, Orbanın Aİ liderlərinin sammitindəki çıxışından "European Pravda" qəzeti sitat gətirib.

"Birincisi, müharibəni dayandırın. Müharibə iqtisadiyyatın inkişafı üçün pisdir. Sülh axtarın. İkincisi, rəqabətə davamlı olmaq istəyirsinizsə, ehtiyacınız olduğu halda, başqasına pul göndərməyin. Buna görə də Ukraynaya pul göndərməyin", - Orban deyib.

Üçüncü məqam olaraq, o, enerji qiymətlərinin maksimum dərəcədə azaldılmasını qeyd edib.

QAZİLER.AZ