NATO ABŞ olmadan heç bir məna kəsb etmir...

NATO ABŞ olmadan heç bir məna kəsb etmir... backend

Şimali Atlantika Alyansı ABŞ olmadan heç bir məna kəsb etmir və avropalılar əsasən Vaşinqtondan asılıdırlar.

Qaziler.az bildirir ki, bunu NATO-nun keçmiş baş katibi və Danimarkanın sabiq baş naziri Anders Foq Rasmussen “Politico”ya bildirib.

"Aydındır ki, NATO ABŞ olmadan heç bir məna kəsb etmir. Buna görə də, əgər ABŞ NATO-da iştirak etməmək və ya NATO-ya qarşı laqeyd olmaq qərarına gəlsə, avropalılar Avropanı müdafiə etməyə qadir və hazır olan, Avropa ölkələrinin koalisiyasına əsaslanan Avropa NATO-su yaratmalı olacaqlar", - deyə o bildirib.

Rasmussen vurğulayıb ki, Avropa ilə ABŞ arasında münasibətlərin kəsilməsi reallıqla heç bir əlaqəsi olmayan bir xəyaldır, çünki avropalılar ABŞ-dan çox asılıdırlar. Eyni zamanda, alyansın keçmiş rəhbəri qeyd edib ki, son zamanlar Avropada "risklərin azaldılması prosesi" sürətlənib.

QAZİLER.AZ