Tailand hökuməti əcnəbilər üçün vizasız qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır. Bu, Rusiya da daxil olmaqla 93 ölkənin vətəndaşlarına aiddir.
Qaziler.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti ölkənin Turizm və İdman Nazirliyinə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, qərar miqrantların qanunsuz fəaliyyətlər üçün istifadə edə biləcəyi boşluqları aradan qaldırmaq məqsədi daşıyır.
“Bu dəyişikliyin turizmə təsir göstərməsi gözlənilmir, çünki xarici turistlər Tailandda orta hesabla 21 gündən çox qalmırlar”, - qəzet nazirliyin daimi katibi Naattrii Taveevonqdan sitat gətirib.
Lakin, zərurət yaranarsa, turistlər Tailandda vizasız qalma müddətlərinin uzadılması üçün müraciət edə biləcəklər. Turizm sənayesi nümayəndələri qeyd ediblər ki, səyahətçilərin əksəriyyəti 60 günlük müddətdən tam istifadə etmir.
QAZİLER.AZ



