Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı əmr verdi

Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı əmr verdi backend

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı beynəlxalq müqavilələrin hazırlanması haqqında fərman imzalayıb.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova bu fərmanın icrasına nəzarət etmək vəzifəsi həvalə edilib.

“Xarici İşlər Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə müəyyən edilmiş prosedurlara uyğun olaraq... Ukrayna üzrə təhlükəsizlik zəmanətləri ilə bağlı beynəlxalq müqavilələrin layihələrini dərhal hazırlayıb təqdim etməlidir”, - bəyanatda deyilir.

QAZİLER.AZ