Əsgər valideynləri xarici ölkələrdən sığınacaq istədi - ERMƏNİSTANDA

Əsgər valideynləri xarici ölkələrdən sığınacaq istədi - ERMƏNİSTANDA backend

Ermənistanda əsgər valideynləri xarici ölkələrdən sığınacaq istəyiblər. APA TV-nin məlumatına görə, həlak olan erməni əsgərlərinin valideynləri bu məqsədlə ölkələrində fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə müraciət ediblər.


Ermənistan polisi həyatını itirmiş erməni əsgərlərinin valideynlərinin Prezident İqamətgahına yaxınlaşmasına imkan verməyib. Polis bunu təhlükəsizlik tədbiri ilə əlaqələndirib. 2010-cu ildə ölmüş Artur Qazaryanın anası İrina Qazaryanı isə polislər Baqramyan prospektində itələyə-itələyə geri qaytarıblar.

Polisi keçə bilməyən valideynlər yaxınlıqda yerləşən Böyük Britaniya səfirliyinə gediblər. 2010-cu ildə ölmüş Amea Muradyanın anası Valeriya Muradyan səfirliyin əməkdaşına bildirib ki, onlar İngiltərədən sığınacaq almaq istəyirlər. Valideynlər səfirin müavini ilə görüşlərində ona bildiriblər ki, hakimiyyətin öldürülən hərbçilərin yaxınlarının müraciətinə məhəl qoymaması onları belə bir yola əl atmağa vadar edib.

Valideynlər eyni tələblə Avropa İttifaqı nümayəndəliyinin ofisinə müraciət ediblər. Onlar bildiriblər ki, bir müddət sonra başqa ölkələrin səfirliklərinə də müraciət edəcəklər.

Diaspora