Ukrayna Prezident Administrasiyasının rəis müavini İrina Mudraya dövlət başçısının seçkilərlə bağlı təlimatlarını açıqlayıb.
Qaziler.az "Lenta.ru"ya istinadla xəbər verir ki, "The Times" qəzetinə verdiyi müsahibədə o bildirib ki, Vladimir Zelenski Ali Radaya prezident seçkilərinin keçirilməsi üçün bir yol tapmağı və ayın sonuna qədər nəticələri barədə hesabat verməyi tapşırıb.
"Parlament seçkilərlə bağlı qanunvericiliyə düzəlişlər hazırlamaq üçün işçi qrupu yaradıb və fevralın sonuna qədər nəticələrini açıqlamalıdır", - Kiyev rəsmisi bildirib.
Bu, yalnız prezident seçkilərinə aiddir. "Financial Times" qəzeti yazıb ki, seçkilər ABŞ-nin tələbi ilə sülh müqaviləsi ilə bağlı referendumla yanaşı keçiriləcək və mayın 15-nə qədər baş tutmalıdır.
QAZİLER.AZ



