Tailandda turistlərlə transgenderlər arasında dava olub

Tailandda turistlərlə transgenderlər arasında dava olub backend

Tailandda pul oğurluğu səbəbindən üç britaniyalı turistlə transgenderlər arasında dava olub.

Qaziler.az bildirir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Hadisə fevralın 11-i səhər saatlarında Pattayadakı “Walking street” küçəsində baş verib. Qəzetin məlumatına görə, üç britaniyalı turist transgenderləri cinsi xidmətlər üçün kirayəyə götürdükləri villaya dəvət ediblər. Lakin villaya çatdıqdan sonra turistlər pulun itdiyini aşkar ediblər və qonaqları günahlandırıblar. Britaniyalı turistlərdən biri transgenderi yerə yıxaraq davaya səbəb olub.

Şahidlərin dediklərinə görə, əcnəbilər seks işçilərinin üzərinə pivə töküb və onlara boş şüşələr atıblar. Məlumata görə, iğtişaşı törədənlər polis gəlməmiş dağılıblar. Zərərçəkənlərin heç biri hüquq-mühafizə orqanlarına şikayət etməyib.

QAZİLER.AZ