Avropa Birliyi Ukraynanı üzvlüyə qəbul etmək yox, onunla "strateji tərəfdaşlıq" qurmalıdır.
Qaziler.az-ın məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban bunu “X” sosial media səhifəsində yazıb.
"Ukraynanın Aİ-yə qəbul edilməsi Avropanı müharibəyə sürükləyər. Biz əməkdaşlığa qarşı deyilik. Lakin Aİ-yə üzvlüyü səhv yoldur. Üzvlük deyil, strateji tərəfdaşlıq məsuliyyətli seçimdir", - Orban yazıb.
Həmçinin, fevralın 11-də Orban bildirib ki, Aİ-nin Macarıstanın vetosunu keçərək 2027-ci ildə Ukraynanı Aİ-yə qismən qəbul etmək planı Budapeştə qarşı müharibə elanıdır.
QAZİLER.AZ



