Hindistanın Racastxan əyalətinin sakini olan Anjali, toylarından üç ay sonra ərinin qətlini təşkil edib.
Qaziler.az bildirir ki, bu barədə "News9live" məlumat verir.
30 yanvarda Anjali polisə əri Aşişlə birlikdə quldurların hücumuna məruz qaldığını bildirib. O, soyğunçuların onun qızıl zinət əşyalarını oğurladığını və Aşişin üzərinə maşın sürüldüyünü iddia edib. Polis əvvəlcə Aşişin başına gələnləri qəza kimi qeydə alıb, lakin onun xəsarətlərini araşdırdıqdan sonra Anjalinin nəyisə gizlətdiyini anlayıb.
Polis qadının nikahından narazı olduğunu və ərinə sevgilisi ilə xəyanət etdiyini öyrənib. Qadın onu Aşişin "dərsini verməyə" inandırıb.
Yanvarın 30-da qadın qəsdən ərini səhralıq yola çıxarıb, sevgilisinə və dostlarına işarə edib. Daha sonra onlar quldur kimi davranıblar.
Sevgili və dostları kişiyə dəyənəklə hücum edib, huşunu itirənə qədər döyüblər. Daha sonra onun boynuna şərf dolayıb nəfəs ala bilməyəcək qədər sıxıblar. Plana uyğun olaraq Anjali sevgilisinə sırğalarını və Aşişin telefonunu verib və sonra polisə zəng edib.
Qadın və bütün əlbirləri sonda həbs olunublar.
QAZİLER.AZ



