Rusiya "Sülh Şurası"nın ilk iclasında iştirak etməyi planlaşdırmır.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib .
Onun sözlərinə görə, şuranın ilk iclasında Kremldən heç kim iştirak etməyəcək. "Şuranın mövzusu hələ də Xarici İşlər Nazirliyində öyrənilir", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın təşəbbüskarı olduğu “Sülh Şurası”nın ilk iclası fevralın 19-da keçiriləcək.
APA



