Rusiyada deputat "Telegram"ı məhdudlaşdıranları əclaf adlandırıb

Rusiyada deputat "Telegram"ı məhdudlaşdıranları əclaf adlandırıb backend

Rusiya Dövlət Dumasının deputatı, Ədalətli Rusiya partiyasının sədri Sergey Mironov "Telegram" messencerinin bloklanmasının əleyhinə çıxıb.

APA xəbər verir ki, siyasətçi mesencerin məhdudlaşdıranları əclaflar adlandırıb.

"Teleqramı əclaflar məhdudlaşdırır! Kim bunu edirsə, SVO-ya getsin. Bu messencer ön cəbhədə yeganə əlaqə vasitəsidir. Kimsə qərar verir ki, messenceri yavaşıtmaq lazımdır. Bunu axmaqlar edir. Bu, sadəcə, təxribat deyil, xəyanətdir. Orada insanlar Rusiya üçün, rus dünyası üçün ölür, bəs siz nə edirsiniz? Ağlınızı başınıza alın!", - Mironov bildirib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov "Telegram"ın məhdudlaşdırılmasına təəssüfləndiyini, lakin messencerin Rusiya qanunlarına tabe olmalı olduğunu söyləyib.