Almaniyanın Ukraynadakı səfiri Heiko Toms vəzifəsindən gedə bilər. O, Kiyevdəki diplomatik missiyasına yalnız ötən ilin sentyabrında başlayıb.
Qaziler.az bildirir ki, bu barədə "Spiegel" iməlumat yayıb.
Nəşrin məlumatına görə, Toms Almaniyanın İspaniyadakı səfiri vəzifəsini tutacaq. Əvvəllər Toms, digər vəzifələrlə yanaşı, Braziliyada səfir və "svetofor" koalisiyası (SPD, "Azad Demokrat Partiyası" və "Yaşıllar") dövründə Maliyyə Nazirliyində dövlət katibi vəzifələrində çalışıb.
"Spiegel" qeyd edir ki, Ukraynada hələ "varis" müəyyən edilməyib - məsələ baxılmaq üçün Almaniya kabinetinə təqdim edilməyib.
QAZİLER.AZ



