Polşada MMA döyüşçüləri ilə kütləvi davadan sonra 30 futbol azarkeşi saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə 10 fevralda Polşanın "Radio Muzyka Fakty" (RMF) radiostansiyası məlumat verib.
"Pomorskoe voyevodalığının Kostsejina şəhərində baş verən davada iştirak etməkdə şübhəli bilinən 30 nəfər polis tərəfindən saxlanılıb", - deyə məlumatda bildirilir.
Nəşrin məlumatına görə, həmin axşam Qdanskdan təxminən 60 futbol azarkeşi şəhərə gəlib. Bir qrup "Lexiya" azarkeşi Kostsejina şəhərindəki həmin vaxt "Arka" komandasının azarkeşlərinin məşq etdiyi MMA klubuna hücum edib.
İki azyaşlı istisna olmaqla, saxlanılanların hamısı hazırda yerli polis bölməsində saxlanılır. İki yeniyetmə valideynlərinə təhvil verilib.
QAZİLER.AZ



